"Bank VTB Azərbaycan" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank ötən il 9,1 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır.
Bu ilin əvvəlinə "Bank VTB Azərbaycan"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 3,4% az – 306,2 milyon manat, o cümlədən kredit portfeli 2,4% çox – 211,65 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 196,3 milyon manat (2,9% az), o cümlədən depozit portfeli 101,8 milyon manat (10,8% az), balans kapitalı isə 101,9 milyon manat (0,9% çox), o cümlədən nizamnamə kapitalı 315,8 milyon manat (dəyişməyib) olub.