"Bank VTB Azərbaycan" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank 9 ayda 10,5 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,8% çoxdur.
Bu il oktyabrın əvvəlinə "Bank VTB Azərbaycan"ın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 0,3% çox - 298,3 milyon manat, o cümlədən kredit portfeli 7% çox - 209,5 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 186,8 milyon manat (7,3% az), o cümlədən depozit portfeli 103 milyon manat (6,5% az), balans kapitalı isə 111,5 milyon manat (14,2% çox), o cümlədən nizamnamə kapitalı 315,8 milyon manat (dəyişməyib) olub.