SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Bank Respublika”nın xalis mənfəəti 10% artıb

“Bank Respublika”nın xalis mənfəəti 10% artıb

  • 14 oktyabr 2025, 22:09

“Bank Respublika” ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 43,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% çoxdur.

Bu il oktyabrın əvvəlinə “Bank Respublika”nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 26,3% çox – 2 717,9 milyon manat, o cümlədən kredit portfeli 16,4% çox – 1 566,2 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 2 487 milyon manat (26,5% çox), o cümlədən depozit portfeli 1 515,35 milyon manat (12,9% çox), balans kapitalı isə 230,9 milyon manat (24,1% çox), o cümlədən nizamnamə kapitalı 74 milyon manat (dəyişməyib) olub.

Prime Leasing