SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Bank Respublika” I yarımilin maliyyə hesabatını verib

“Bank Respublika” I yarımilin maliyyə hesabatını verib

  • 16 iyul 2026, 15:28

“Bank Respublika” ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 34,5 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,7% çoxdur. 

Bu il iyulun əvvəlinə “Bank Respublika”nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 2,2% çox – 2 716,9 milyon manat, o cümlədən kredit portfeli 11,4% çox – 1 689,6 milyon manat təşkil edib. Bankın öhdəlikləri 2 447,4 milyon manat (0,1% çox), o cümlədən depozit portfeli 1 099,7 milyon manat, balans kapitalı isə 269,5 milyon manat (25,7% çox), o cümlədən nizamnamə kapitalı 74 milyon manat (dəyişməyib) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları