SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bank of Baku I yarımilin maliyyə hesabatını verib

"Bank of Baku" I yarımilin maliyyə hesabatını verib

  • 16 iyul 2026, 10:11

"Bank of Baku" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. 

Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 16,1 milyon manat xalis mənfəət əldə edib. 

Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur. 

Bu il iyulun əvvəlinə "Bank of Baku"nun aktivləri ötən il iyulun əvvəlinə nisbətən 33,2% çox - 1 391,6 milyon manat, o cümlədən kredit portfeli 32,8% çox - 1 005,4 milyon manat təşkil edib. Bankın öhdəlikləri 1 210,3 milyon manat (36,5% çox), o cümlədən depozit portfeli 948,9 milyon manat (43,5% çox), balans kapitalı isə 181,3 milyon manat (14,5% çox), o cümlədən nizamnamə kapitalı 52,9 milyon manat (dəyişməyib) olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları