"Bank of Baku" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank ötən il 30,6 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
Bu ilin əvvəlinə "Bank of Baku"nun aktivləri ötən ilin əvvəlinə nisbətən 23,4% çox – 1 152,5 milyon manat, o cümlədən kredit portfeli 22,1% çox - 861,4 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 976,7 milyon manat (25,4% çox), o cümlədən depozit portfeli 740,3 milyon manat (24,9% çox), balans kapitalı isə 175,8 milyon manat (12,9% çox), o cümlədən nizamnamə kapitalı 52,9 milyon manat (dəyişməyib) olub.