"Bank BTB" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank ötən il 0,4 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 51,8% azdır.
Bu ilin əvvəlinə "Bank BTB"nin aktivləri ötən ilin əvvəlinə nisbətən 1,7% az - 356,8 milyon manat, o cümlədən xalis kredit portfeli 1,6% az - 265,7 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 305,9 milyon manat (1,8% az), o cümlədən depozit portfeli 135,5 milyon manat (6,7% az), balans kapitalı isə 50,9 milyon manat (1,1% az), o cümlədən nizamnamə kapitalı 71,45 milyon manat (dəyişməyib) olub.
Xatırladaq ki, “Bank BTB”-nin üç əsas səhmdarı var. Əsas payçı Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevadır. O, bankda 54 829 ədəd adi adlı sənədsiz səhmə malik olmaqla nizamnamə kapitalının 76,7376%-nə sahibdir.
12 634 ədəd adi adlı sənədsiz səhmə sahib olan Sadiq İsmayıl oğlu Rzanın bankın nizamnamə kapitalında payı 17,6823%, 3 987 ədəd səhmə sahib Tükazban Mahmudovanın payı isə 5,5801% təşkil edir.