SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Bank Avrasiya”nın depozit portfeli 9%-dən çox azalıb

“Bank Avrasiya”nın depozit portfeli 9%-dən çox azalıb

  • 14 oktyabr 2025, 19:11

"Bank Avrasiya" ASC 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank 9 ayda 5,7 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3% çoxdur.

Bu il oktyabrın əvvəlinə "Bank Avrasiya"nın aktivləri ötən il oktyabrın əvvəlinə nisbətən 0,3% az - 204 milyon manat, o cümlədən kredit portfeli 2,3% az - 120,2 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 113,8 milyon manat (5,5% az), o cümlədən depozit portfeli 60,6 milyon manat (9,2% az), balans kapitalı isə 90,3 milyon manat (7,1% çox), o cümlədən nizamnamə kapitalı 71,8 milyon manat (dəyişməyib) olub.

Prime Leasing