SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Bakcell” 20 milyon dollarlıq istiqraz buraxır

“Bakcell” 20 milyon dollarlıq istiqraz buraxır

  • 06 noyabr 2025, 11:42

“Bakcell” MMC 20 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyi planlaşdırır.

Bu barədə Yurd.Media-ya şirkətdəki mənbə bildirib.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 20 min ədəd istiqrazdan gedir.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. İstiqrazların illik faiz dərəcəsi, faizlərin ödənilmə tezliyi və emissiyanın anderrayteri hələ açıqlanmır.

Qeyd edək ki, digər aparıcı mobil operator "Azercell" də analoji qaydada istiqraz yerləşdirməyi planlaşdırır.

Prime Leasing
SPE Annual Caspian