 
 
            Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 3,8 milyon manat sığorta haqqı toplanılıb.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta icmalında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,75 dəfə çoxdur.
Ötən ilin 9 ayında bu sığorta növü üzrə cəmi 7 min manat ödəniş həyata keçirilsə də, bu ilin 9 ayında ümumiyyətlə ödəniş olmayıb.