 
 
            Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar-sentyabr aylarının yekunları ilə bağlı bank olmayan kredit təşkilatı (BOKT) icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, 9 ay ərzində yerli BOKT-lar 60,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.
Bu il Azərbaycanda 3 BOKT – “Premier Kredit”, “Finoko” və “İcraçı Kredit Agentliyi” bazarı tərk edib, 1 BOKT – “Forfinance” bazara daxil olub.
Hazırda ölkədə bu növ 54 kredit təşkilatı fəaliyyət göstərir.