SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda ödəniş kartlarının sayı əhalinin sayından 2 dəfə çoxdur

Azərbaycanda ödəniş kartlarının sayı əhalinin sayından 2 dəfə çoxdur

  • 29 oktyabr 2025, 12:13

Bu il oktyabrın 1-nə Azərbaycanda banklara və “Azərpoçt” MMC-yə məxsus 21,368 milyon ödəniş kartı olub.

Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının yaydığı statistik bülletenə əsasən, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 13% çoxdur.

Son 1 ildə debet kartların sayı 16% artıb, kredit kartlarının sayı isə 7% azalıb.

Xatırladaq ki, Azərbaycan əhalisinin sayı 10,3 milyon nəfərdir. Başqa sözlə, ölkədə ödəniş kartlarının sayı əhalinin sayından 2 dəfə çoxdur.

Prime Leasing
SPE Annual Caspian