Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1764,9 min nəfər olub.
Yurd.Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu, avqustun 1-i ilə müqayisədə 3,5 min nəfərdir.
Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 1 094 manat təşkil edib ki, bu da yanvar-iyul aylarının yekunları ilə müqayisədə 4 manat azdır.