İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil təşkilatlarının siyahısında 1 bankın və 1 sığorta şirkətinin adı yoxdur.
Yurd.Media-nın apardığı araşdırmaya görə, bunlar, İran Milli Bankının Bakı filialı və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-dir.
İran bankı ölkədə filial səviyyəsində təmsil olunduğu üçün Fond onunla əməkdaşlığa maraq göstərmir.
Sığorta şirkəti isə adından da göründüyü kimi kənd təsərrüfatı məhsullarının sığortalanması üzrə ixtisaslaşıb, buna görə də, ipoteka kreditləşməsindən kənardadır.
Qalan 21 bank və 15 sığorta şirkəti Fondla iş birliyindədir.