"Tiko Azərbaycan" MMC elektron pul təşkilatının rəhbəri dəyişib, nizamnamə kapitalı artırıldı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin rəhbərliyində Samir Hacıyevi əvəzləyən Mustafa Cenk Abac olub.
"Tiko Azərbaycan"ın nizamnamə kapitalı da 750 min manatdan 1,1 milyon manatadək artırılıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) “Tiko Azərbaycan" MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.