SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda əhalinin banklara həddən çox borclanmasının qarşısı alınacaq

Azərbaycanda əhalinin banklara həddən çox borclanmasının qarşısı alınacaq

  • 07 oktyabr 2025, 13:19

Azərbaycanda əhalinin banklara həddən çox borclanmasının qarşısı alınacaq.

Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib ki, əsas məqsəd izafi borclanmanın qarşısını almaqdır.

"Biz borclanmaya qarşı deyilik, sadəcə borclanma sağlam formada olmalıdır - 5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir. Borclanma gəlirə mütənasib olmalıdır. Gördüyümüz tədbirlər daha çox izafi borclanmanın qarşısını almaq üçündür. Bununla bağlı daha sərt tədbirlər də görülə bilər. Əhalinin gəlirləri artıb, buna münasibətdə borclanma da artıb, ancaq region ölkələrindən aşağı səviyyədədir", - deyə qeyd edib.

AMB rəsmisinin sözlərinə görə, banklar üzrə Bazel III, sığorta sektoru üzrə isə Solvency II standartlarına keçid nəzərdə tutulur: "Bu istiqamətdə işlər aparılır. Yaxın vaxtlarda bazar risklərinin idarə edilməsinə dair qaydalar müəyyən ediləcək və ictimaiyyətə açıqlanacaq".

Prime Leasing