"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, Bank ötən il 6,6 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 2,7% çoxdur.
Bu ilin əvvəlinə ASB-nin aktivləri ötən ilin əvvəlinə nisbətən 6% çox - 826,2 milyon manat, o cümlədən xalis kredit portfeli 15,3% çox - 335,4 milyon manat təşkil edib.
Bankın öhdəlikləri 697,9 milyon manat (6% çox), o cümlədən depozit portfeli 475,6 milyon manat (2,1% çox), balans kapitalı isə 128,4 milyon manat (6,2% çox), o cümlədən nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) olub.