SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Azərbaycan faiz qərarını açıqladı

Azərbaycan faiz qərarını açıqladı

  • 10 sentyabr 2025, 11:03

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.

AMB-dən Yurd.Media-ya bildirilib ki, qərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar oktyabrın 22-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Prime Leasing