Maliyyə Nazirliyi ötən ilin aprel-dekabr aylarında keçirdiyi depozit hərraclarının hesabına 98,6 milyon manat gəlir əldə edib.
Bu barədə Yurd.Media-ya nazirlikdən bildirilib.
Söhbət vahid xəzinə hesabının qalıq vəsaitlərinin banklara yerləşdirilməsindən gedir.
Beləliklə, 9 ay ərzində dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi və büdcə üçün əlavə gəlirlərin formalaşdırılması təmin olunub.
Banklar hər ay nazirliyə 10,95 milyon manat faiz ödəyib.
Bundan başqa, Maliyyə Nazirliyi Azərbaycan Mərkəzi Bankının vasitəçiliyi ilə xarici valyuta vəsaitlərini ölkədən kənardakı likvid fondlara yerləşdirib və 22,4 milyon manat ekvivalentində faiz gəliri əldə edib.
Son nəticədə, ötən il vahid xəzinə hesabının effektiv idarə edilməsi 121 milyon manat gəlir gətirib.