SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
“Azər-Türk Bank”ın xalis mənfəətində İKİQAT AZALMA

“Azər-Türk Bank”ın xalis mənfəətində İKİQAT AZALMA

  • 16 yanvar 2026, 11:21

"Azər-Türk Bank" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Bank ötən il 10,1 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 52,5% və yaxud təxminən 2 dəfə azdır.

Bu ilin əvvəlinə "Azər-Türk Bank"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 5% çox - 2 188,5 milyon manat, o cümlədən xalis kredit portfeli 2,6% az - 767,9 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 2 071,1 milyon manat (4,7% çox), o cümlədən depozit portfeli 1 554,2 milyon manat (6,5% çox), balans kapitalı isə 117,4 milyon manat (10% çox), o cümlədən nizamnamə kapitalı 100,5 milyon manat (2 dəfə çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları