2025-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pul ofisləri vasitəsilə əhalidən 43,6 min ədəd yararsız pul nişanı qəbul edərək dəyişdirib.
Bu barədə Yurd.Media-ya qurumdan bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,55 dəfə azdır.
Son 1 ildə dəyişdirilmiş yararsız pul nişanlarının ümumi dəyəri isə 2,55 dəfə azalaraq 2,6 milyon manata düşüb.