SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Unibank”a 5 milyon dollar pul lazımdır

“Unibank”a 5 milyon dollar pul lazımdır

  • 18 iyun 2026, 09:56

"Unibank" ASC 5 milyon ABŞ dolları dəyərində istiqraz emissiyası elan edib.

Yurd.Media xəbər verir ki, Bank istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.

Sənədə əsasən, nominal dəyəri 100 dollardan 50 000 ədəd faizli, sənədsiz, adlı, təminatsız istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.

Qiymətli kağızlar 7 il tədavüldə olacaq. Onlara illik 8% gəlirlilik vəd olunur. Faizlər 3 aydan bir ödəniləcək.

Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirkəti" QSC-dir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları