Bu il yanvarın 1-nə Azərbaycanın milli valyuta üzrə ehtiyatları 7,1 milyard manat təşkil edib ki, bu da ilin sonuna qədər iqtisadiyyatın tələbatını ödəməyə bəs edir.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Bundan başqa, məlumata görə, ötən ilin sonuna dövriyyədə 19,6 milyard manat nağd pul kütləsi olub ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə 2,1 milyard manat və yaxud 12,1% çoxdur.
Ötən il AMB dövriyyədən 4,5 milyard manatı pul çıxarıb, əvəzində dövriyyəyə 6,6 milyard manat pul buraxıb.