Azərbaycan Mərkəzi Bankı daha bir bank olmayan kredit təşkilatını cərimələdi.
Yurd.Media xəbər verir ki, Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət çərçivəsində "Monetri" BOKT MMC və onun vəzifəli şəxsi barəsində inzibati tədbir görülüb.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin pozulması səbəbindən, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən hüquqi və fiziki şəxs məsuliyyətə cəlb olunub.
Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən, "Monetri" BOKT MMC 50 000 manat, onun vəzifəli şəxsi isə 10 000 manat məbləğində cərimə edilib.