SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
A-Qrup Sığortanın mənfəəti kəskin azalıb

"A-Qrup Sığorta"nın mənfəəti kəskin azalıb

  • 10 avqust 2026, 14:23

"A-Qrup Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,5 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,3% azdır.

Bu il iyulun əvvəlinə "A-Qrup Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 0,5% çox - 28,4 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 14,4 milyon manat (7% çox), balans kapitalı isə 14 milyon manat (5,5% az), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları