SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
4 sığorta şirkətinin ödənişləri azalıb

4 sığorta şirkətinin ödənişləri azalıb

  • 28 avqust 2026, 10:49

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 4-nün ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 6 aylıq sığorta icmalında bildirilir.

Sənədə əsasən, bunlar, “Azsığorta”, “Qala Sığorta”, “Xalq Həyat Sığorta” və “Aqrar Sığorta” ASC-lərdir.

Ən çox azalma “Aqrar Sığorta”da (76,3%), ən az azalma isə “Qala Sığorta”da (5,8%) qeydə alınıb.

Qalan 12 sığorta şirkətinin isə ödənişləri artıb. Ən yüksək dinamika “İpək Yolu Sığorta” ASC-də (4,35 dəfə), ən aşağı dinamika isə “Atasığorta” və “Xalq Sığorta” ASC-lərdə (2,2%) baş verib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları