SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Oğurluq edənlər tutuldu

Oğurluq edənlər tutuldu

  • 02 noyabr 2025, 19:14

Sumqayıtda və Bakının Binəqədi rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Sumqayıtda polisə ümumilikdə 5 650 manatlıq inşaat materiallarının oğurlandığı barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunan 40 yaşlı M.Hüseynov müəyyən edilərək saxlanılıb.

Bakının Binəqədi rayonunda isə bir nəfərin 3 900 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən 42 yaşlı R.Kərimov və əvvəllər məhkum olunmuş G.Kazımova da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Prime Leasing
SPE Annual Caspian