SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“AzNar”ın bu avtomobillərinə həbs qoyulması tələb olundu - MƏHKƏMƏ

“AzNar”ın bu avtomobillərinə həbs qoyulması tələb olundu - MƏHKƏMƏ

  • 30 oktyabr 2025, 12:29
Göyçay

Göyçay rayonunda yerləşən “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Teymur Əhmədova məxsus avtomobillərinin hərraca çıxarılması üçün məhkəməyə müraciət olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, borclu T. Əhmədovun adına QSC-yə məxsus olan “Hyundai HD 65” yük markalı və “Mitsubishi L- 200” markalı avtomobillərin olması müəyyən edilib.

Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun təqdimatı ilə həmin avtomobillərin üzərinə həbs qoyulması və satılması üçün məhkəməyə müraciət edilib.

Avtomobilin üzərinə həbs qoyularaq icra məmuru müəyyən etdiyi mühafizə dayanacağına verilməklə hərraca yönləndirilməsinə dair qərardad qəbul edilməsini xahiş edilib.

Göyçay Rayon Məhkəməsində aparılan araşdırma zamanı isə müəyyən edilib ki, “Hyundai HD 65” yük markalı avtomobil qeyd olunsa da, digər “Mitsubishi L- 200” markalı avtomobilin Teymur Əhmədovun adına aid olan QSC-yə məxsus olması müəyyən edilməyib.

Bu səbəbdən məhkəmə icra məmurunun təqdimatını təmin etməyib.

Teymur ƏhmədovTeymur Əhmədov

Qeyd edək ki, Teymur Əhmədov milyarder iş adamı, “Aznar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sahibi Fərhad Əhmədovun qardaşı oğludur. O 2023-cü ildə “AzNar” QSC-nin baş direktoru vəzifəsindən azad edilib.

Fərhad ƏhmədovFərhad Əhmədov

Prime Leasing
SPE Annual Caspian