SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Milyarder Fərhad Əhmədovun üzərinə həbs qoyulan əmakları - SİYAHI

Milyarder Fərhad Əhmədovun üzərinə həbs qoyulan əmakları - SİYAHI

  • 28 oktyabr 2025, 11:08
Bakı

Azərbaycanlı iş adamı, Rusiyadakı milyardlıq sərvətləri ilə tanınan oliqarx Fərhad Əhmədovun Azərbaycanda üzərinə həbs qoyulan əmakları müəyyənləşib.

Xatırladaq ki, 2018-ci ildə dünyada tanınmış İtaliya şirkəti “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti F.Əhmədova məxsus “Baku Caspian Real Estate Limited” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən italyan şirkəti 1 milyon 664 min avro pulun MMC-dən tutulması barədə tələb irəli sürüb.

Bakı Kommersiya Məhkəməsində qəbul olunan qərarla “Baku Caspian Real Estate Limited” MMC-yə məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, qərardan irəli gələrək Səbail Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edib və icra sənədi üzrə borclu “Baku Caspian Real Estate Limited” MMC-yə məxsus bu mülklərin üzərinə həbs qoyulması istənilib:

- Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi 2.50 ha. torpaq sahəsi,

- Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi 19 saylı evin 1, 2, 3, 3a, 4, 5, 6 saylı mənzilləri,

- Bakı şəhəri, Səbail rayonu, M.Şəfi küçəsi 17 saylı evin 1 saylı mənzili,

- Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi A.Salahzadə küçəsi 11 saylı ev,

- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 9, 7 saylı ev,

- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 9, 14 saylı ev,

- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 9, 5 saylı ev,

- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 9, 15 saylı ev,

- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 9, 4 saylı ev,

- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağ küçəsi döngə 1, 1 saylı ev.

Bu əmlakların üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini icra məmuru xahiş edib.

Bakı Kommersiya Məhkəməsinin qərardadı ilə təqdimat qismən təmin edilib və Səbail rayonu, M.Şəfi küçəsindəki mənzillərdən başqa MMC-yə məxsus digər əmlakların üzərinə həbs qoyulub.

Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən, borclunun bank hesablarında kifayət qədər pul vəsaitinin olmaması, bəzi nəqliyyat vasitələrinin axtarışda olması, lakin Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki daşınmaz əmlakların bazar dəyərinin iddia olunan məbləği ödəməyə kifayət etməsi kimi faktları nəzərə alıb.

Qeyd edək ki, oliqarxın Bilgəh qəsəbəsində yerləşən mülkləri Bakının ən bahalı mülklərinin sırasında ilk yerdə dayanır. Villalara və ətraf infrastruktura on milyonlarla dollar xərc çəkilib. F.Əhmədov dünyanın ən bahalı şirkətlərinin məhsullarını gətirib, xaricdən dizaynerlər, memarlar Bakıya dəvət olunub və onlar aylarla oliqarxın sifarişlərini icra ediblər.

Prime Leasing