SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Səs və işıq effekti yaradan pirotexniki vasitə satanlar saxlanıldı

Səs və işıq effekti yaradan pirotexniki vasitə satanlar saxlanıldı

  • 26 dekabr 2025, 23:33

Müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitə satanlar saxlanıldı.

Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən Yurd.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Paytaxt və bölgələrdə keçirilən növbəti tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları