SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
TikTokda arvadına mesaj göndərən qonşusunun barmaqlarını kəsdi

"TikTok"da arvadına mesaj göndərən qonşusunun barmaqlarını kəsdi

  • 26 dekabr 2025, 20:27
Gəncə

Gəncə sakini "TikTok"da arvadına mesaj göndərən qonşusunu döyüb sonra bıçaqlamağa cəhd edib.

Yurd.Media Lent.az-a istinadən xəbər verir ki, məhkəmənin ittiham aktına görə, bir nəfər 35 yaşlı Seymur Mirzəyevin (adı və soyadı şərtidir) arvadına "TikTok"da mesaj yazaraq, əxlaqsız təklif edib. Seymur müəyyən edib ki, həmin mesajı yazan özünün sinif yoldaşı Rəşiddir (şərti adla). Buna görə də, o, Rəşidi idarə etdiyi avtomobilə əyləşdirərək, yazdığı mesajı göstərib və birinci gözünə zərbə vurub. Sonra ard-arda Rəşidin sifətinə yumruqla zərbələr endirib. Seymur bununla kifayətlənməyərək, avtomobildə saxladığı bıçağı nümayiş etdirib və Rəşid özünü qorumaq üçün əli ilə bıçağın iti yerindən tutub. Nəticədə bıçaq onun barmaqlarını kəsib. Bundan sonra zərərçəkən avtomobildən düşərək qaçıb.

Faktla bağlı Seymur Mirzəyev saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, arvadı ilə ikisi bir telefon işlədir. Onun sözlərinə görə, yoldaşının, həmçinin "TikTok" hesabı da yoxdur və ona məxsus "TikTok" hesabından istifadə edir. Seymur Mirzəyev qeyd edib ki, Rəşid onun sinif yoldaşı olmaqla yanaşı, həm də qonşusudur. Avtomobildə ard-arda Rəşidin üzünə yumruqla vurandan sonra bıçaqla da zərbə endirmək istəyib. Lakin bıçaq Rəşidin əlini kəsib deyə, zərərçəkən maşından düşərək qaçıb.

Seymur Mirzəyev əməlindən peşman olduğuna, zərərçəkənlə barışdığına və körpə uşağının olmasına görə, məhkəmədən bağışlanmasını istəyib.

Gəncə şəhər Məhkəməsinin qərarı ilə Seymur Mirzəyev barəsində 7 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları