SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Balakənin sabiq başçısı həbs edildi

Balakənin sabiq başçısı həbs edildi

  • 31 oktyabr 2025, 20:32

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yurd.Media xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib.

Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev və rayonun digər vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.

Digər saxlanılanlar da korrupsiya cinayətlərində təqsirləndirilirlər.

Prime Leasing
SPE Annual Caspian