SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Evdə 76 manatlıq qumar oynadılar - polis 6 min manat cərimələdi

Evdə 76 manatlıq qumar oynadılar - polis 6 min manat cərimələdi

  • 29 iyun 2026, 15:14
Sabirabad

Evdə iki dost qumar oynadıqlarına görə 6 min manat geri düşdülər.

Yurd.Media xəbər verir ki, Sabirabad rayonunda qumar oynayan iki şəxs inzibati məsuliyyətə cəlb olunub.

Keçirilən əməliyyat zamanı evdə stolun üstündən 3 ədəd iyirmi manatlıq, 1 ədəd beş manatlıq, 11 ədəd bir manatlıq pul əskinası və 36 ədəd oyun kartı aşkar edilib.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 520-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib və Sabirabad Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 3 min manat miqdarında cərimə edilib.

Bundan başqa, Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Tacir Əhmədov da qumar oynadığı üçün inzibati məsuliyyətə cəlb olunub. O, 2025-ci ildə Dağıstan Rüspublikasında işləyib və həmin ilin oktyabr ayında sonuncu dəfə onlayn “Pin-Up” tətbiqi vasitəsi ilə qumar oynayıb.

Əhmədov da İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Əhmədovun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasın icraata xitam verilib.//Teleqraf

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları