Marketdən siqaret və pul oğurlayan şəxs aşkarlandı.
Yurd.Media xəbər verir ki, Gəncə şəhərində yerləşən mağazalardan birindən tütün məmulatları və 1370 manat pul oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Zaur Məmmədov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun şəhər ərazisində yerləşən daha bir neçə mağazadan da oğurluq etdiyi müəyyən olunub.
Araşdırmalar davam etdirilir.