SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Dağlıq ərazidə çətənə əkib, xüsusi qulluq göstərirdi

Dağlıq ərazidə çətənə əkib, xüsusi qulluq göstərirdi

  • 26 iyun 2026, 19:55
Ağsu

Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyevi saxlanılıb.

Ondan dağlıq ərazidə əkdiyi 59 ədəd çətənə kolu aşkar edilib.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları