SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Marixuananı gül kələmi kimi büküb gömrükdən keçirmək istədilər - VİDEO

Marixuananı gül kələmi kimi büküb gömrükdən keçirmək istədilər - VİDEO

  • 25 iyun 2026, 20:27
Astara

İrandan Azərbaycana 100 kiloqrama yaxın marixuananı gül kələmi kimi büküb gömrükdən keçirməyə cəhd göstərilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Yurd.Media-ya bildirilib ki, "Astara" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "təzə gül kələmi" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı bir ədəd paletdəki 160 ədəd bağlamada görünüşcə gül kələmi formasına salınan və gömrük nəzarətindən gizlədilən xalis çəkisi 90 kiloqram 945 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Marixuananı gül kələmi kimi büküb gömrükdən keçirmək istədilər - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları