SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Ağsuda çətənə kolu yetişdirən şəxs tutuldu

Ağsuda çətənə kolu yetişdirən şəxs tutuldu

  • 04 iyul 2026, 14:59
Ağsu

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları