Azərbaycanda iyulun 3-də axtarışda olan 39 nəfər tapılıb.
Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, onlardan 29-u borclu şəxs qismində axtarışda olan şəxslərdir.
Bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.