SÜJET
May ayının sonundan etibarən Azərbaycanın şimal-qərb bölgəsində xırdabuynuzlu heyvanlar yaylaqlara qaldırılır.
Yurd.Media xəbər verir ki, Oğuz rayonunda artıq köç başlayıb.
"AzTV Xəbər"-ə danışan Oğuz rayonu Qarabulaq kənd sakinləri dəyişkən havanın, sıx meşələrin səfəri çətinləşdirdiyini bildiriblər.
"Yaz aylarında dağa qalxırıq. Çətin anlar qış aylarında və yazın yağışlı günlərində olur. Təhlükəli heyvanlardan qorunmaq üçün ehtiyat saxlayırıq".
Yaylağa köç etməyən iri təsərrüfatlar da var. Bununla bağlı fermerlər yaylağa getməyin sərf etmədiyini bildiriblər.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən sonra, oradakı yaylaqlara da köçlər başlayıb.