SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Tütün əkini bu üsulla aparıldı: yüksək məhsuldarlıq gözlənilir

Tütün əkini bu üsulla aparıldı: yüksək məhsuldarlıq gözlənilir

Goranboy

İstixanada yetişdirilən tütün şitilləri açıq sahələrə köçürülür.

Yurd.Media xəbər verir ki, Goranboyun dağətəyi ərazilərində 200 hektar ərazidə tütün əkilir. 12 istixanada 488 mindən çox tütün şitili yetişdirilib. 

"AZTV Xəbər"- danışan fermerlər  təsərrüfatda  müasir avadanlıqlardan istifadə etdiklərini bildiriblər. "Əkin prosesi may ayının əvvəllərindən başlanılıb. Toxumlar şitil formasını aldıqdan sonra sahələrə ötürürük. Texniki avadanlıqların hamısı  müasirdir".

Bol və keyfiyyətli məhsulun əldə olunması üçün bütün aqrotexniki qaydalara əməl edilir. Bu barədə Goranboy DAİM-in Əməkdaşı Suqra Süleymanova bildirib.

"Hazırda tütün şitillərinin sağlam şəkildə  əkin sahələrinə köçürülməsi üçün kompleks aqrotexniki qulluq işləri aparılır".

Prime Leasing