SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Bu rayonda da mal bazarı yenidən fəaliyyətə başlayacaq - VİDEO

Bu rayonda da "mal bazarı" yenidən fəaliyyətə başlayacaq - VİDEO

  • 25 dekabr 2025, 20:59
Salyan

Salyan rayonunda da "mal bazarı" yenidən fəaliyyətə başlayacaq.

Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, qurumun müvafiq qərar və tələblərinə uyğun olaraq ölkə üzrə heyvan bazarlarının fəaliyyətinin baytarlıq-sanitariya normalarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. 

Bu çərçivədə Salyan rayonunda yerləşən heyvan bazarında yenidənqurma işləri yekunlaşdırılıb. Aparılan işlər zamanı bazar ərazisi hasarlanıb, bütün sahə betonlanıb, bazarın giriş hissəsində baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb. Eyni zamanda iri və xırda buynuzlu heyvanlar üçün ayrı-ayrı satış pavilyonları quraşdırılıb, yem anbarı inşa edilib, həmçinin tullantıların yığılması və idarə olunması məqsədilə xüsusi sahə ayrılıb. 

Yaxın günlərdə bazarın fəaliyyətə başlaması ilə bağlı məsələyə Agentlik tərəfindən baxılması nəzərdə tutulur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları