SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Rayona təyin olunan icra başçıları nə edəcəyini tam təsəvvür edə bilmirlər - VİDEO

"Rayona təyin olunan icra başçıları nə edəcəyini tam təsəvvür edə bilmirlər" - VİDEO

  • 27 yanvar 2026, 17:59

Yeni icra başçıları rayona təyin olunanda nə edəcəyini tam təsəvvür edə bilmirlər.

Bunu iqtisadçı ekspert Məmməd Talıblı Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.

Onun sözlərinə görə, icra hakimiyyəti başçılarının dəyişilməsi və ya onlar üzərində inzibati təyziqin olması, həbs dalğası problemi həll etmir:

"Onlar elə bilirlər ki, əvvəlki icra başçılarının etdiklərini təkrar etsə işi bitmiş hesab olunur".

Ekspert vurğulayıb ki, kənd təsərrüfatı bölgələrində icra strukturları ilə bağlı siyasət fərqli olmalıdır:

"Kənd təsərrüfatı rayonlarında icra başçıları qarşısında tələb qoyulmalıdır. Onların bir çoxu rayonun iqtisadi infrastrukturunu tanımır, başçısı olduğu rayonu yalnız xəritə ilə tanıyırlar - insanların mentaliteti, istehsal vərdişlərindən xəbərləri yoxdur. Köhnələrlə vidalaşır, özləri üçün bir yeni komanda yaradırlar".

Məmməd Talıblı vurğulayıb ki, bu siyasət dəyişməsə regionlarla Bakı arasında uçurum böyüyəcək.

"Rayona təyin olunan icra başçıları nə edəcəyini tam təsəvvür edə bilmirlər" - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları