“Yurddaş” verilişinin növbəti buraxılışı təqdim olunub.
Yurd.Media-nın baş redaktoru Murad Əliyevin qonağı tanınmış iqtisadçı ekspert Məmməd Talıblıdır.
Müsahibə zamanı 2026-cı ilin dövlət büdcəsinin analizi, vergi yükünün artırılmasının bölgələrdəki sahibkarlara təsiri, kənd təsərrüfatında nəzərə çarpan boşluqlar, regionlarda yerli idarəetmə sahəsində yaşanan problemlər, bölgələrdə iqtisadi fəallığın aşağı səviyyədə qalması nəticəsində əhalinin Bakıya kütləvi axını, turizmin inkişafı üçün tələb olunan məsələlər, Qarabağ və Şərqi Zəngəzura qayıdışın vacib detalları geniş müzakirə olundu.
Qeyd edək ki, “Yurddaş” layihəsinin bundan əvvəl qonaqları deputat deputat Razi Nurullayev, Azərbaycan milli yığmasının keçmiş kapitanı Tərlan Əhmədov, Ağ Partiya sədri Tural Abbaslı, iqtisadçı Natiq Cəfərli olmuşdur.