SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Nazirlikdə İdarə Heyəti sədri vəzifəsindən Agentliyə şöbə müdiri getdi

Nazirlikdə İdarə Heyəti sədri vəzifəsindən Agentliyə şöbə müdiri getdi

  • 05 yanvar 2026, 19:01

Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat İnstitutunda 15 il işləmiş, son 7 ili rəhbər olan Elmar Allahverdiyev işdən çıxıb.

Yurd.Media "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev vəzifəsindən azad olunub.

İnstitutun İdarə Heyətinin sədri vəzifəsinin icrası isə müvəqqəti olaraq sədr müavini Hikmət Nəsibova tapşırılıb.

Elmar AllahverdiyevElmar Allahverdiyev

E.Allahverdiyev isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) işə başlayıb. Belə ki, o, agentlik sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Şöbəyə müvəqqəti rəhbərlik edən Cavidan Quliyev isə fəaliyyətini müdir müavini vəzifəsində davam etdirir.

Qeyd edək ki, E.Allahverdiyev 2011-2012-ci illərdə İnstitutun emal, saxlama və keyfiyyət laboratoriyasında böyük laborant, 2012-2013-cü illərdə təsərrüfat işləri üzrə qrup rəhbəri vəzifəsində işləyib. 2013-2016-cı illərdə institutda direktor müavini vəzifəsində çalışıb. 2018-ci ildən isə İnstituta rəhbərlik edirdi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları