SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Kənd yumurtası bahalaşdı - VİDEO

Kənd yumurtası bahalaşdı - VİDEO

  • 30 noyabr 2025, 21:21
İsmayıllı

Kənd yumurtasının qiyməti bəzi rayonlarda 2 dəfəyə qədər bahalaşdı.

Yurd.Media xəbər verir ki, İsmayıllı bazarında hazırda bir ədəd kənd yumurtası 40 qəpiyə satılır. Satıcıların sözlərinə görə, onlar yumurtanı kənd sakinlərindən 35 qəpiyə alırlar və cəmi 5 qəpik qazanc əldə edirlər.

Kəndlilər "Xəzər Xəbər"ə açıqlamasında qiymət artımını istehsal xərclərinin çoxalması ilə əlaqələndirirlər. Bildirilir ki, toyuqlar üçün alınan arpa və digər yem məhsullarının qiyməti yüksəldiyindən yumurtanın da qiyməti artır. Digər səbəb isə kənd yumurtasının qış aylarında az olmasıdır.

Alıcılar isə qiymət yüksək olsa da, kənd yumurtasına üstünlük verdiklərini deyirlər.

Şəkidə isə kənd toyuğu yumurtasının qiyməti iki dəfə artaraq 50 qəpik olub, bununla yanaşı bazarlarda kənd yumurtası tapmaq da olmur.

Paytaxt bazarlarında da kənd yumurtasını tapmaq müşkülə çevrilib.

Prime Leasing
SPE Annual Caspian