SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bu kəndlərdə də mal-qara xəstəliyə tutuldu - SİYAHI

Bu kəndlərdə də mal-qara xəstəliyə tutuldu - SİYAHI

  • 14 oktyabr 2025, 18:29
Astara

Azərbaycanın daha bir rayonunda mal-qara arasında dabaq xəstəliyi yayıldı.

Yurd.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, xəstəlik rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran və Ərçivan qəsəbələrində mal-qarada aşkarlanıb.

Kənd sakinlərinin sözlərinə görə, dabaq xəstəliyi son 10 gündə sürətlə yayılıb: “Xəstə heyvanlarda hərarət 42 dərəcəyədək çatır və ağızlarından köpük gəlir. Sağlam olanları xəstəlikdən qorumaq üçün çalışırıq ki, qapalı saxlayaq”.

Həmçinin sakinlər xəstəliyin müalicəsi məqsədilə istifadə olunan dərmanların qıt və baha olduğunu bildirirlər.

Prime Leasing