Biləsuvarda “qızıl dən” adlandırırdılan darı əkini sahəsi 80 hektara qədər artırılıb.
Yurd.Media xəbər verir ki, dövlət subsidiyasına cəlb olunan bu bitkinin rayonda kütləvi inkişaf etdirilməsi baxımından Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) nümayəndələri fermerlərlə mütəmadi olaraq maarifləndirici görüşlər keçirirlər.
Biləsuvar DAİM-in mütəxəssisi Mikayıl İmanov bildirir ki, əkin sahələri artacağı təqdirdə gələcəkdə bu sahədə toxumçuluğun inkişaf etdirilməsi də planlaşdırılır:
“Darı bitkisi birillik və çoxillik ot bitkisidir. Ötən illə müqayisədə bu il artım 15 hektardan artıqdır. Artıq 75 hhektar sahədə darı əkilib. Darı bitkisinin əkilməsi kənd təsərrüfatı sahəsində heyvandarlığın inkişafına müsbət təsir göstərir. Əsasən Biləsuvarda “Gədəbəy-41” sortundan istifadə olunur”.
Qeyd edək ki, vegetasiya dövrü 45-50 gün olan darı bitkisi dəninin tərkibində təxminən 11,3 faiz zülal, 81 faiz nişasta, 1,7 faiz şəkər, 3,8 faiz yağ, 1 faiz sellüloz var. Darı əsasən Şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. O buğda ilə müqayisədə enerji dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir.