Avqust ayından başlayaraq Balakən və Zaqatala rayonlarının meşəlik ərazilərində karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə təsadüf edilməyə başlanılıb.
Yurd.Media bölgə müxbiri xəbər verir ki, tırtıllı qurdabənzər bu kəpənəklər təsərrüfatlara yaxınlıqdakı meşəliklərdən yayılıb və hər gün sayları artmaqdadır. Bu ağ kəpənəklər-qurdlar evlərə də hücum çəkir, qışlama üçün yer seçirlər. Əməkdaşımız məsələ ilə bağlı Balakənin bir sıra yaşayış məntəqələrində müşahidələr aparıb. Amerika ağ kəpənəyinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri ilə maraqlanıb.
Bu kəpənəklər hazırda fındıq, tut, gavalı, eləcə də meşəliklərdə bitən müxtəlif çoxillik ağacların yarpaqlarını yeyərək onu məhv edir.