“Şirin Aqro” QSC 2 050 manat məbləğində nizamnamə kapitalını formalaşdıran hər birinin nominal dəyəri 50 manat olan, 41 ədəd adi, adlı səhmini dövriyyədən çıxardığını elan edib.
Yurd.Media xəbər verir ki, Səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, buna səbəb şirkətin təşkilati-hüquqi formasını MMC-yə dəyişdirməsidir.
“Şirin Aqro” 2017-ci ildə yaradılıb. Şirkət ekoloji baxımdan təmiz meyvə istehsalı və ixracı ilə məşğuldur. Şirkətin ümumilikdə ölkənin müxtəlif rayonlarında 600 hektara yaxın meyvə bağı var. Bundan 260 hektara yaxını Göygöl rayonunun ərazisində yerləşir ki, onun da 153,34 hektarı şaftalı, 20,32 hektarı ərik, 28,86 hektarı gilas bağıdır.