SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycanda limon bahalaşır

Azərbaycanda limon bahalaşır

Son vaxtlarda Azərbaycanda limonun qiymətində artım müşahidə olunur.

Yurd.Media xəbər verir ki, limonun qiymətinin artmasına bir neçə səbəb gətirilir.

"AZTV Xəbər"-ə danışan  satıcılar bildirirlər ki, əvvəl Türkiyədən gətirilən limonlar 40 qəpiyə olurdusa indi qiyməti 1 manata qədər çatır:

"Yerli limonlar indi yoxdur, kiminsə həyətində qalanları gətirirlər. Hansı məhsula təlabat çoxdursa, o azdır. İndi yerli məhsul olmadığına görə, xarici məhsulların qiyməti artıb".

Həmçinin müharibələr də regionda logistika və təchizat zəncirlərinə mənfi təsir göstərir. Çünki regionda məhsulları daşıyan gəmilər irəliləməkdə çətinlik çəkirlər. Bu ixrac olunan  meyvələrin qiymətinin artmasına səbəb olur.

Qeyd edək ki, təkcə limon deyil, sitrus meyvələrinin qiymətində  50 faiz və daha çox artım müşahidə edilir.
Mütəxəssislərin fikrinə görə, bu vəziyyət çox davam etsə, alternativ yollardan istifadə ediləcək.

Prime Leasing